Sambo üzrə Azərbaycan birinciliyinin ikinci günündə gənc idmançılar mübarizəyə başlayıblar
Bakı İdman Sarayında keçirilən sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında ölkə çempionatı və birinciliyi davam edir.

Fevralın 14-də - yarışların ikinci günündə gənc samboçular Azərbaycan birinciliyində medalları uğrunda mübarizəyə başlayıblar. Fevralın 15-də isə kişilər ölkə çempionatında güclərini sınayacaqlar.

Qeyd edək ki, yarışların birinci günündə yeniyetmə samboçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda yarışır.

Xəbər 1077 dəfə oxundu.