İtaliya Futbol Federasiyası klublara oyunlarda VAR sisteminin tətbiqini tələb etmələrinə icazə verməyi planlaşdırır | |
İtaliya Futbol Federasiyası oyunlar zamanı yaranan mübahisəli epizodları izləmək üçün klublara videonəzarət (VAR) sisteminin tətbiqini tələb etmələrinə icazə verməyi planlaşdırır. A Seriyası klublarının əksəriyyəti VAR sisteminin işindən narazı olduqları üçün belə bir təşəbbüs irəli sürüblər. Bu barədə yekun qərar fevralın sonunda Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) iclasında qəbul olunacaq. FIFA-nın da İtaliya Futbol Federasiyasının bu təşəbbüsünü dəstəklədiyi bildirilir. AZƏRTAC |
|
Xəbər 668 dəfə oxundu. |
|
|