Azərbaycanın ən güclü yeniyetmə samboçuları müəyyənləşib
Fevralın 13-də Bakı İdman Sarayında sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında ölkə çempionatı və birinciliyi start götürüb. Yarışların birinci günündə yeniyetmə samboçuların Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

Elmaz Ələkbərov (48 kq), Adil Məmmədov (52 kq), Elvin Bağırov (56 kq), Kənan İsmayılov (60 kq), Elvin Əliyev (65 kq), İslam Tağıyev (70 kq), Əhməd Hüseynov (75 kq), Ruslan Səfixanov (81 kq), Rəsul Aydəmirov (87 kq), Elton Qənbərov (87 kiloqramdan yuxarı) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pillələrində yer alıblar.

Qeyd edək ki, bu gün gənclər, fevralın 15-də isə kişilər ölkə birinciliyi və çempionatında mübarizəyə qoşulacaqlar. Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda yarışır.

Xəbər 1064 dəfə oxundu.