Şahmatçımız Praqada keçirilən festivalda növbəti heç-heçəyə imza atıb
Fevralın 13-də Çexiyanın paytaxtı Praqada keçirilən şahmat festivalında ikinci turun partiyaları oynanılıb.

Festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abasov növbəti turda niderlandlı Yorden van Forest ilə qarşılaşmanı da heç-heçə başa vurub.

İki turun nəticəsinə görə, şahmatçımız turnir cədvəlində üçüncü pillədədir.

Xəbər 625 dəfə oxundu.