Mingəçevirdə bədən tərbiyəsi müəllimlərinin iştirakı məşqçi kursu davam edir
AFFA və Təhsil Nazirliyi tərəfindən Mingəçevirdə orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin iştirakı ilə D kateqoriyalı məşqçi kursu davam edir.

Kursun ikinci günündə - fevralın 13-də iştirakçılara həm nəzəri, həm praktiki dərslər keçirilib.

Günün birinci yarısında iştirakçılara futbolun texniki tərəflərindən danışılıb, futbolda məşqçinin rolu haqqında zəruri məlumatlar verilib. Günün ikinci yarısında iştirakçılar Mingəçevir şəhər stadionunda praktiki məşqdə iştirak ediblər. Kurs iştirakçılarına məşqin planlaması, məşq prosesi zamanı onların nə etməli olduqları izah olunub.

Xatırladaq ki, AFFA-nın təlimatçıları tərəfindən aparılan seminarda 21 məşqçi-müəllim iştirak edir.

Xəbər 199 dəfə oxundu.