Bakı İdman Sarayında sambo üzrə ölkə çempionatı və birinciliyi start götürüb
Fevralın 13-də Bakı İdman Sarayında sambo üzrə yeniyetmə, gənclər və böyüklər arasında ölkə çempionatı və birincilikləri start götürüb.

Yarışların birinci günündə yeniyetmələr, ikinci günündə gənclər, üçüncü günündə isə kişilər mübarizə aparacaqlar.

Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda yarışacaq. Yeniyetmə, gənclər və böyüklər arasında ölkə çempionatı və birinciliklərinə fevralın 15-də yekun vurulacaq.

Xəbər 1103 dəfə oxundu.