“Səbail” klubu Konqo millisinin üzvünü transfer edib
Bakının “Səbail” futbol klubu Konqo millisinin üzvü Lema Mabidi Çikitonu transfer edib.

26 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək paytaxt təmsilçisində çıxış edəcək. Futbolçu “Səbail”də 8 nömrəli formanı geyinəcək.

L.M.Çikitonun son klubu Mərakeş “Raca Kasablanka”sı olub.

Qeyd edək ki, 2011-ci ildə Konqo millisində debüt edən futbolçu yığma ilə 23 oyuna çıxıb.

Xəbər 702 dəfə oxundu.