Badminton üzrə Azərbaycan millisi Almaniya komandası ilə qarşılaşıb | |
Badminton üzrə kişilərdən ibarət milli komandamız bu gün Avropa çempionatının qrup mərhələsi çərçivəsində ikinci oyununa çıxıb. Komandamız turnirin favoritlərindən sayılan Almaniya seçmə kollektivinə 0:5 hesabı ilə məğlub olub. Yığmamız qrupda son oyununu fevralın 13-də Çex Respublikasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Qeyd edək ki, millimiz ötən gün birinci oyununda İslandiya komandasına 2:3 hesabı ilə məğlub olub. |
|
Xəbər 1019 dəfə oxundu. |
|
|