Avro-2012: Rekordlar
RƏQƏMLƏR:
204 - 503 - 2,465 ... «idman.com.az» bildirir ki, qitə çempionatlarının final mərhələlərində 503 qol vurulub. Bunun üçün 204 oyun lazım olub. Hər oyuna orta hesabla 2,465 qol vurulub
500 ... qitəç empionatları tarixində sonuncu yubiley qolun müəllifi ispaniyalı Çavi Ernandes olub (56 iyun 2008-ci il; Rusiya ilə 1/2 final matçı)

BİRİNCİ:
... qolun müəllifi yuqoslaviyalı Milan Qaliçdir. O, 1960-cı il iyulun 6-da Fransa ilə görüşün 11-ci dəqiqəsində fərqlənib (yekun hesab 4:5).
... avtoqolun müəllifi çex Anton Ondruşdur. O, 1976-cı il iyunun 16-da Niderlandla yarımfinal görüşünün 77-ci dəqiqəsində fərqlənib.
... het-trikin müəllifi almaniyalı Diter Müllerdir. O, 1976-cı il iyulun 17-də Yuqovlaviya ilə yarımfinal matçında fərqlənib.

Ən SÜRƏTLİ:
... qolun müəllifi rusiyalı Dmitri Kiriçenkodur. O0, 2004-cü il iyunun 20-də Yunanıstanla görüşün 67-ci saniyəsində fərqlənib.
... avtoqolun müəllifi xorvatiyaplı İqor Tüdordur. O, 2004-cü il iyunun 17-də Fransa ilə matçın 22-ci dəqiqəsində fərqlənib.

ƏN ÇOX:
... bir turnirdə qol vurmuş futbolçu: fransalı Mişel Platini (O, 1984-cü il qitə çem pionatında 9 dəfə fərqlənib).
... top vurmuş futbolçu: fransalı Mişel Platini (1984-cü ildə vurduğu 9 top səddi hələ də keçilməzdir).
... final mərhələlərində oynamış: Almaniya 10 dəfə.
... qol vurmuş komanda: Almaniya və Niderland – hər biri 55.
... oyun keçirmiş məşqçi: Berti Foqts - 11 dəfə
... uğur qazanmış: 1 qızıl və 1 gümüş – Helmut Şön (Almaniya, 1972-1, 1976-2) və Berti Foqts (Almaniya 1992-2, 1996-1).
... oyun idarə etmiş referi: Anders Frisk (4 dəfə).
... oyun keçirən oyunçu: Edvin van der Sar (Niderland, 1996-2008), Lilian Turam (Fransa, 1996-2008) – 16
... final mərhələsi iştirakçısı olmuş futbolçu: Lotar Matteus (Almaniya, 1980-2000), Peter Şmeyxel (Danimarka, 1988-2000), Aron Vinter (Niderland, 1988-2000), Alessandro Del Pyero (İtaliya, 1996-2008), Edvin van der Sar (Niderland, 1996-2008), Lilian Thuram (Fransa, 1996-2008) – 4 dəfə.

HƏM OYUNÇU, HƏM MƏŞQÇİ (yalnız final oyununda)
Berti Foqts – (Almaniya, 1976 və 1992, 1996)
Dino Zoff (İtaliya, 1968 və 2000).

ƏN YAŞLI MƏŞQÇİ: Luis Araqones (İspaniya, 69 yaş 337 gün, 2008-ci il).
ƏN CAVAN MƏŞQÇİ: Sreçko Katanes (Sloveniya, 36 yaş 332 gün, 2000-ci il)
ƏN YAŞLI FUTBOLÇU: Lotar Matteus (Almaniya, 39 yaş 91 gün, 2000-ci il)
ƏN CAVAN FUTBOLÇU: Enso Şifo (Belçika, 18 yaş 115 gün, 1984)
ƏN YAŞLI QOL MÜƏLLİFİ: Nene (Portuqaliya, 34 yaş 213 gün, Rumıniya ilə , 1984-cü il)
ƏN CAVAN QOL MÜƏLLİFİ: Yohan Fonlanten (İsveçrə, 18 yaş 141 gün, Fransa ilə, 2004)

Xəbər 1171 dəfə oxundu.