Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinin cavab oyunlarının cədvəli açıqlanıb
Futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinin cavab oyunlarının cədvəli açıqlanıb.

Oyunlar fevralın 14-16-da “Olimpik Star”da təşkil olunacaq.

Fevralın 14-də “Yurd”–“Yasamal-2”, “Bibi-Heybət”–“Premier Quba”, “Altay”–“Marafon”, “Baker Tilly”–“Xızı”, “Zəngilan”–“Baku Fans”, ertəsi gün “Borçalı”–“Red Line”, “Star kargo-2”–“Star kargo”, “Gənclik”–“Neftçi”, “Baker Hughes”–“Araz”, “Hövsan”–“Record club”, ayın 16-da “Dalğa”–“Standard”, “Badamlı”–“Forza Neftçi”, “Nəqşicahan”–“Bakı”, NTD–EKOL, “Atletiko Baku”–“Yasamal” və “Advokat”–“Baku Fire” oyunları keçiriləcək.

Xəbər 693 dəfə oxundu.