“Rayyan” futzal klubu mövsümün ikinci dövrəsinə yeni adla başlayacaq
Futzal üzrə Birinci Liqada çıxış edən “Rayyan” klubu mövsümün ikinci dövrəsinə yeni adla başlayacaq.

Azsport.az Azərbaycan Futzal Federasiyasının saytına istinadla xəbər verir ki, komanda federasiyaya müraciət edərək “Arenda.az” adı altında çıxışını davam etdirmək istədiyini bildirib.

Federasiya klub rəhbərliyinin müraciətini müsbət cavablandırıb.

Xəbər 983 dəfə oxundu.