Avro-2012: Stadiondan stadiona minlərlə kilometr
2012-ci il Avropa futbol çempionatının final mərhələsinin keçiriləcəyi Polşa və Ukraynada ucqar şəhərlər arasındakı məsafələr də heyrətamizdir. «idman.com.az» hesablayıb ki, Qdanskdan Donetskə qədər çempionat 1850 km məsafəni əhatə edəcək və artıq 1/4 finalda bu yolu keçənlər ola bilər. Çevrək finalda Xarkovdan Qdanska qədər aparan 1675 km yol da var. İki şəhər arasında ən yaxın məsafə Ukraynada Xarkovla Donetsk arasında 300 km, Polşada isə Poznan və Vroslav arasında 185 km-dir.

«A» qrupunun azarkeşləri qrup turnirində Varşava-Vroslav marşrutu ilə 364, «B» qrupu Xarkovdan Lvova 1020, «C» qrupu Qdanskdan Poznana 299, «D» qrupu Kiyevdən Donetskə 718 km qət edəcəklər. Finala isə komandalardan biri 718 (Donetskdən), digəri (770 km) yol dəf etməli olacaq.
Ukrayna və Polşanın hər biri yarışa 8 şəhər-stadion hazırlayıb və bunlardan yalnız 4-də oyunlar keçiriləcək. Qalanı isə ehtiyatdır.
iyunun 8-də Varşavada başlayan 14-cü Avropa çempionatı iyulun 1-də Kiyevdə final oyunu ilə yekunlaşacaq.

Polşa
Varşava Milli 58 145
Poznan Şəhər 41 609
Qdansk PGE Arena 40 818
Vroslav Maşlisa 42 771

Ukrayna
Kiyev "NSK Olimpiyski» 70 050
Xarkov "Metallist» 38 633
Donetsk «Donbass Arena» 51 504
Lvov "Arena-Lvov» 34 915

Xəbər 1140 dəfə oxundu.