Güllə atıcılarımız Avropa çempionatında mübarizə aparacaqlar
Fevralın 26-da Polşanın Vrotslav şəhərində güllə atıcılığı üzrə Avropa çempionatı start götürəcək.

Güllə atıcılığı üzrə yığma komandamızın üzvləri Ruslan Lunyov və Nigar Bağırova çempionatda iştirak edəcəklər.

Təmsilçilərimiz 10 metr məsafəyə tapançadan atəşaçma yarışlarında mübarizə aparacaqlar. Qitə çempionatı martın 2-dək davam edəcək.


Xəbər 980 dəfə oxundu.