Şahmatçı uşaqlar arasında blits-turnir keçirilib
“Chessland Şahmat Klubu”nda uşaqlar arasında blits-turnir keçirilib.

7 turdan maksimum bal toplayan Nərmin Qocayeva turnirin qalibi olub. Rəsul Zeynallı 6 xalla ikinci, Amin Fəttahlı 5 xalla üçüncü yerləri tutublar.

İsveçrə sistemi üzrə keçirilən yarışda 22 şahmatçı iştirak edib.

Xəbər 679 dəfə oxundu.