Şahmatçımız İranda beynəlxalq festivalın B turnirində ikinci yeri tutub
İranın Çabahar şəhərində təşkil olunan şahmat festivalının A (masters) və B (U 2000) turnirlərində sonuncu - doqquzuncu turun oyunları keçirilib. Sonuncu turda da Azərbaycan şahmatçılarının rəqibləri İran təmsilçiləri olub.

Festivalın B turnirində mübarizə aparan Xatun Bağırova Esmaeel Mohammedian ilə qarşılaşmanı qələbə ilə başa vurub. Azərbaycan şahmatçısı 9 turdan 7 xal toplayaraq turnirdə ikinci yeri tutub. A turnirində şahmatçılarımızdan Azər Mirzəyev Masud Mosadeqpoura məğlub olub, Habil Cavadov Carullah Badqisi üzərində qələbə qazanıb. A.Mirzəyev 5 xalla yeddinci, H.Cavadov isə 3,5 xalla 19-cu yeri tutub.

Xəbər 669 dəfə oxundu.