Azərbaycan badmintonçuları Fransada ilk məşqini keçirib
Badminton üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Fransanın Lyeven şəhərində yerləşən “Arena Stad Kuver”də ilk məşqini keçirib.

Komandamızın daha bir məşqi sabah nəzərdə tutulur. Millimiz Avropa çempionatında qrupda ilk oyununu İslandiya yığmasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Xəbər 953 dəfə oxundu.