Bu gün şahmatçılarımız İranda beynəlxalq festivalın sonuncu turunda mübarizə aparacaqlar
Fevralın 10-da İranın Çabahar şəhərində təşkil olunan şahmat festivalının A (masters) və B (U 2000) turnirlərində sonuncu - doqquzuncu turun oyunları keçiriləcək. Sonuncu turda da Azərbaycan şahmatçılarının rəqibləri İran təmsilçiləri olacaqlar.

Festivalın A turnirində şahmatçılarımızdan Azər Mirzəyev Masud Mosadeqpour, Habil Cavadov Carullah Badqisi ilə mübarizə aparacaqlar. B turnirində isə Xatun Bağırova Esmaeel Mohammedian ilə qarşılaşacaq. Səkkiz turdan sonra X.Bağırova turnir cədvəlində 6 xalla üçüncü yeri tutur. A.Mirzəyev 5 xalla altıncı, H.Cavadov isə 2,5 xalla 22-ci pillədədir.

Xəbər 700 dəfə oxundu.