Şahmatçımız İranda beynəlxalq festivalda üçüncü yerdədir
İranın Çabahar şəhərində təşkil olunan şahmat festivalının A (masters) və B (U 2000) turnirlərində səkkizinci turun oyunları keçirilib. Azərbaycan şahmatçılarının növbəti turda da rəqibləri İran təmsilçiləri olublar.

Festivalın A turnirində şahmatçılarımızdan Azər Mirzəyev Ehsan Maghami ilə heç-heçə edib. Bu turnirdə digər təmsilçimiz Habil Cavadov Şahin Mohandesi ilə qarşılaşmasında məğlub olub. B turnirində isə Xatun Bağırova Zohreh Dehghan ilə oyunda qalib gəlib. X.Bağırova turnir cədvəlində 6 xalla üçüncü yeri tutur.

Səkkiz turdan sonra A.Mirzəyev 5 xalla altıncı, H.Cavadov isə 2,5 xalla 22-ci pillədədir.

Xəbər 654 dəfə oxundu.