Cüdoçularımız Parisdə “Böyük dəbilqə” turnirini medalsız başa vurublar
Parisdə fevralın 8-dən 9-dək keçirilmiş cüdo üzrə “Böyük dəbilqə” turnirini Azərbaycan komandası medalsız başa vurub.

Turnirə 17 idmançı ilə qatılan komanda üzvlərindən ən yaxşı nəticəni Məmmədəli Mehdiyev göstərib (5-ci yer).

Komanda hesabında Yaponiya yığması 13 medalla birinci yeri tutub.

Turnirdə 115 ölkədən 600-dən çox idmançı iştirak edib.

Xəbər 851 dəfə oxundu.