Azərbaycan Premyer Liqasının XVII turunun oyunlarının təqvimi müəyyənləşib
Fevralın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna start veriləcək.

İki günü əhatə edəcək turun açılış matçında "Zirə" və "Qarabağ" komandaları görüşəcəklər. Zirə İdman Kompleksində keçiriləcək matç saat 15:00-da başlayacaq.

Günün ikinci görüşündə "Sumqayıt" doğma meydanda "Sabah"ı qəbul edəcək. "Kapital Bank Arena"da təşkil olunacaq qarşılaşma saat 17:00-da start götürəcək.

Turun üçüncü oyunu fevralın 16-da oynanılacaq. "Səbail" komandası doğma meydanda "Qəbələ"ni qəbul edəcək. Matç saat 16:30-da başlayacaq.

Premyer Liqanın XVI turuna həmin gün saat 19:00-da başlayacaq "Neftçi"-"Keşlə" matçı ilə yekun vurulacaq. Görüş "Bakcell Arena"da keçiriləcək.

Bütün görüşlər "CBC Sport" kanalı ilə birbaşa yayımlanacaq.

On altı turdan sonra turnir cədvəlinə 35 xalla "Qarabağ" klubu başçılıq edir. Aktivində 27 xalı olan "Neftçi" ikinci, 26 xalı olan "Keşlə" isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq "Sumqayıt" (22), "Zirə" (20), "Sabah" (16), "Səbail" (15) və "Qəbələ" (13) yer alıb.

Xəbər 810 dəfə oxundu.