Şahmatçılarımız İranda keçirilən beynəlxalq festivalın növbəti turunda iki qələbə qazanıblar
İranın Çabahar şəhərində təşkil olunan şahmat festivalının A (masters) və B (U 2000) turnirlərində yeddinci turun oyunları keçirilib. İran təmsilçiləri ilə mübarizə aparan Azərbaycan şahmatçıları yeddinci turu 2 qələbə, 1 məğlubiyyətlə başa vurublar.

Festivalın A turnirində şahmatçılarımızdan Azər Mirzəyev Mobina Alinasab üzərində qələbə qazanıb. Habil Cavadov isə Hamed Behruzi Moqaddam ilə görüşdə uduzub. B turnirində isə Xatun Bağırova Kamyar Rici ilə oyunda qalib gəlib.

Yeddi turdan sonra X.Bağırova 5 xalla dördüncü, A.Mirzəyev 4,5 xalla beşinci sırada qərarlaşıblar. H.Cavadov isə 2,5 xalla 19-cu pillədədir.


Xəbər 686 dəfə oxundu.