Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlər keçirilib
Fevralın 8-də FHN-nin İdman-Sağlamlıq Kompleksində kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlər keçirilib.

Birinci dövrənin oyunları çərçivəsində əvvəlcə “Neftçi” və MOİK komandaları üz-üzə gəliblər. Görüş “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci qarşılaşması “Xilasedici” və “Sərhədçi” komandaları arasında oynanılıb. “Xilasedici” rəqibinə 3:0 hesabı ilə qalib gələrək turnir cədvəlində liderliyini davam etdirir.
“Xilasedici”nin hesabında 12 xal var. “Neftçi” 9 xalla ikinci, “Murov” isə 8 xalla üçüncü pillədə qərarlaşıblar.

Xəbər 860 dəfə oxundu.