Azərbaycan millisinin üzvləri üçün Antalyada seminar təşkil olunub
Antalyada təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Seminar iştirakçılarına İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsi barədə məlumat verilib. Son dövrdə aparılan mübarizənin əyani sübutlarını əks etdirən, eləcə də maarifləndirici və hesabat xarakterli təqdimatla çıxış edən nümayəndə iştirakçılarının suallarını cavablandırıb.

Xəbər 711 dəfə oxundu.