Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş şahmat turnirinin qalibləri müəyyənləşib
Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan şahmat turniri təşkil olunub. Şahmatın rapid növü üzrə keçirilən yarışda 16 yaşadək uşaqlar və yeniyetmələr mübarizə aparıblar.

Yarışda 6 xalla birinci yeri Paşam Əlizadə tutub. İkinci və üçüncü yerlərə Amin Qurbanov (5,5 xal) və İsmayıl Qurbanov (5 xal) sahib olublar.

Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin, “Grandmaster” şahmat klubunun təşkilatçılığı ilə baş tutan yarışda 65 şahmatçı qüvvəsini sınayıb.

Xəbər 705 dəfə oxundu.