Şahmat üzrə Azərbaycan kuboku turnirinin qalibləri müəyyənləşib
Şahmat üzrə Azərbaycan kuboku turnirinin qalibləri fevralın 7-də müəyyənləşib.

Böyüklər arasında rapid yarışının final partiyasında Aydın Süleymanlı Ülvi Sadıqova qalib gələrək Azərbaycan kubokuna sahib olub. Nicat Abasov isə üçüncü yeri tutub. On iki yaşadək şahmatçıların yarışında isə Şahin Vəliyev qalib adını qazanıb. Tunar Davudov ikinci, İsmayıl Süleymanlı üçüncü yerləri tutublar. Qalib və mükafatçılara pul mükafatları və qiymətli hədiyyələr təqdim edilib.

İlk dəfə təşkil edilən Azərbaycan kuboku turniri Olimpiya sistemi üzrə keçirilib.

Xəbər 607 dəfə oxundu.