Azərbaycanlı hakim Zaur Hacıyev CEV tərəfindən yeni təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Həmyerlimiz kişi voleybolçular arasında Çağırış kuboku yarışlarında mübarizə aparan İtaliyanın “Allianz” və Xorvatiyanın “Mladost Ribola” komandaları arasında keçiriləcək görüşün baş hakimi hakimi olacaq. Həmyerlimizə ispaniyalı Antonio Fernando Korrea Benitez kömək edəcək.

Turnirin 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək görüş fevralın 13-də İtaliyanın Milan şəhərində təşkil olunacaq.

Xəbər 865 dəfə oxundu.