Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının “Avro 2021”dəki rəqibləri məlum olub
Voleybol üzrə “Avro 2021”in seçmə mərhələsinin qruplarının tərkibi məlum olub.

Kişilərdən ibarət Azərbaycan yığmasının rəqibləri müəyyənləşib.

Polşa, Çexiya, Estoniya və Finlandiyada keçiriləcək final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq millimiz “F” qrupunda çıxış edəcək. Komandamızın rəqibləri Yunanıstan, Monteneqro və Gürcüstan olacaq.

Seçmə mərhələnin oyunları bu il avqust-sentyabr aylarında keçiriləcək. Qrupun qalibləri və beş ən yaxşı ikinci yerin sahibi final mərhələsinə adlayacaq.


Xəbər 889 dəfə oxundu.