Çingiz Hüseynzadə: Azərbaycan Atletika Federasiyası həmişə könüllülərin potensialından istifadə edir
Biz həmişə böyük məmnuniyyətlə könüllülərin potensialından və enerjisindən istifadə edirik. Ölkəmizdə keçirilən irimiqyaslı atletika yarışlarının təşkilinə könüllülər fəal şəkildə cəlb olunurlar.

Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə müsahibəsində deyib.

Azərbaycanda 2015-ci ildə keçirilən birinci Avropa Oyunlarından sonra geniş vüsət alan könüllülük hərəkatının son illər respublikamızda daha da inkişaf etdiyini vurğulayan federasiya prezidenti bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı, fəal dəstəyi sayəsində ölkəmizdə könüllülər üçün hər cür şərait yaradılıb. Məhz bu diqqət və qayğının nəticəsində Azərbaycanda könüllülük hərəkatı sürətlə inkişaf edir. Dövlətimizin başçısının Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması bu sahənin inkişafında yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan Atletika Federasiyası da təşkil etdiyi bütün yarışlarda könüllülərin potensialından, enerjisindən və köməyindən bəhrələnir. Ümumiyyətlə, təkcə atletikada deyil, idmanın bütün növlərində daim könüllülərə ehtiyac var”.

AZƏRTAC

Xəbər 666 dəfə oxundu.