İngiltərə Futbol Federasiyası yay transfer pəncərəsinin müddətini uzadıb
İngiltərə Futbol Federasiyası yay transfer pəncərəsinin müddətini uzadıb.

Premyer Liqa klublarının təmsilçiləri Londonda keçirilən iclasda birgə müzakirədən sonra bununla bağlı razılığa gəliblər. Beləliklə, 2020-ci ildə yay transfer pəncərəsi sentyabrın 1-də bağlanacaq.
Bundan əvvəlki iki il ərzində yay transfer pəncərəsi avqustda - Premyer Liqada yeni mövsümün başlamasına bir gün qalmış bağlanırdı.

Xatırladaq ki, digər Avropa ölkələrində də transfer pəncərəsi avqustun sonu sentyabrın əvvəli bağlanır.

AZƏRTAC

Xəbər 681 dəfə oxundu.