Təmsilçilərimiz İranda şahmat festivalında altıncı turun oyunlarında iştirak edəcəklər
Fevralın 7-də İranın Çabahar şəhərində təşkil olunan şahmat festivalının A (masters) və B (U 2000) turnirlərində altıncı turun oyunları keçiriləcək. Altıncı turda Azərbaycan şahmatçıları İran təmsilçiləri ilə mübarizə aparacaqlar.

Festivalın A turnirində şahmatçılarımızdan Azər Mirzəyev Mohammad Miran Xademi, Habil Cavadov Reza Ruzbayan ilə qarşılaşacaqlar. B turnirində isə Xatun Bağırova İliya Darini ilə oynayacaq.

Şahmatçılarımızdan X.Bağırova 4 xalla B turnirinin lideridir. A.Mirzəyev 3 xalla 8-ci, H.Cavadov 2 xalla 16-cı pillədədirlər.

Xəbər 695 dəfə oxundu.