Gənclər arasında cüdo üzrə Bakı şəhər birinciliyinin ilk qalibləri müəyyənləşib
Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman Kompleksində gənclər arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib.

İki gün davam edəcək paytaxt birinciliyində 25 klubdan 217 gənc cüdoçu (191 oğlan və 26 qız) medallar uğrunda mübarizə aparır.

Yarışın birinci günü oğlanlar dörd çəki dərəcəsində mübarizə aparıblar. Bütün rəqiblərinə qalib gələn Sadiq Cəlalov (55 kq), Nihad Ələsgərli (66 kq), Məhərrəm İmamverdiyev (81 kq), Ruslan Nəsirli (100 kq) Bakı birinciliyinin qalibi olublar.

Qızlar arasında isə üç çəki dərəcəsində qaliblər müəyyənləşib. Fəxri kürsünün ilk pilləsində Əsma İbrahimova (44 kq), Mələkxanım Məmmədova (52 kq) və Leyla Hüseynova (63 kq) qərarlaşıblar.

Xəbər 898 dəfə oxundu.