Azərbaycan millisinin qapıçısı Emil Balayev karyerasını Şotlandiyada davam etdirə bilər
Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev karyerasını Şotlandiyada davam etdirə bilər.

Qazaxıstanın “Tobol” komandasından ayrılan futbolçu “Harts” klubunun maraq dairəsindədir.

Komandanın son vaxtlar Premyer Liqa matçlarında çox qol buraxması baş məşqçi Daniel Stendeli narahat edir. Britaniya mətbuatı “Harts”ın hazırda maraq dairəsində olan 4 belə oyunçunun adını yayıb ki, onlardan biri də E.Balayevdir.

Qeyd edək ki, daha əvvəl qapıçının Qazaxıstanın “Kaysar” klubundan təklif aldığı bildirilirdi. E.Balayev ilə Rusiya və Azərbaycan klubları da maraqlanırlar.

Xəbər 703 dəfə oxundu.