Yeniyetmə və gənc karateçilərimiz Budapeştdə Avropa çempionatında iştirak edəcəklər
Fevralın 7-də Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə və gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatı start götürəcək.

Hər iki çempionatda iştirak edəcək milli komandamıza federasiyanın prezidenti Yaşar Bəşirov rəhbərlik edəcək. Yeniyetmələr (14-15 yaş) arasında yarışlarda Məhəmməd Xamoyev (52 kq), Fərid Savadov (57 kq), Rumil Cəfərli (63 kq), Vahid Həsənov (70 kq), Elgün İmanquliyev (70 kq-dan yuxarı), Aysu Əliyeva (47 kq), Suada Kərimova (54 kq), Arina Bezrebra (54 kq-dan yuxarı), həmçinin Elcan Səmədzadə və Samirə Məmmədova (kata) mübarizə aparacaqlar.

Sultan Hüseynov (55 kq), Əminağa Quliyev (61 kq), Tale Yaqubov (68 kq), Fərid Ağayev (76 kq), Osman Osmanlı (76 kq-dan yuxarı), Xumar Əlibəyova (48 kq), Polina Qurenko (53 kq), Ayla Rzazadə (59 kq), eləcə də, Həsənəli Həsənov və Zəhra Qurbanzadə (kata) 16-17 yaşlı gənclər arasında qüvvələrini sınayacaqlar.

Müseyib Məmmədov (60 kq), Hümmət Baxşəliyev (67 kq), Qasım İsgəndərov (75 kq), Murad Balakişiyev (84 kq), Murad Hacızadə (84 kq-dan yuxarı), Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), Renata Ərəbli (61 kq), Zamirə Rzayeva (68 kq) və Ceyhun İsmayılov (kata) 18-20 yaşlı gənclərin yarışında çıxış edəcəklər.

Yeniyetmə və gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatında 52 ölkədən 1155 idmançı mübarizə aparacaq.


Xəbər 1162 dəfə oxundu.