Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində 14-cü pillədə qərarlaşıb
Futzal üzrə dünya çempionatının elit-raund mərhələsindən sonra milli komandaların reytinq cədvəli açıqlanıb.

Komandamızın uğursuz çıxışı reytinqdə də öz əksini tapıb. Belə ki, hesabında 1407 xal olan Azərbaycan yığması bir pillə geriləyərək 14-cü yerdə qərarlaşıb.

Reytinq cədvəlinə 1843 xalla Braziliya millisi başçılıq edir. İspaniya seçməsi 1801 xalla ikinci pillədə yer alıb.

Qeyd edək ki, elit-raund mərhələsində mübarizə aparan Azərbaycan millisi Xorvatiya komandasına 0:2 hesabı ilə məğlub olub. Rusiya yığmasına 4:3 hesabı ilə qalib gələn millimiz Slovakiya seçməsi ilə heç-heçə edib – 3:3. Qrupda üçüncü olan millimiz mübarizəni dayandırıb.

Xəbər 677 dəfə oxundu.