ABŞ-da basketbol üzrə Tələbə Liqasının matçı dava ilə başa çatıb
Cənubi Texas və Alabama universitetlərinin qadın komandaları arasında basketbol oyunu böyük dava ilə başa çatıb.

Tələbə Liqası çərçivəsində keçirilən matç 81:54 hesabı ilə Texas komandasının xeyrinə başa çatıb. Oyundan sonra qadın basketbolçular arasında dava başlayıb.

Məlumata görə, hər iki komandanın 10 basketbolçusu bir və ya iki oyunluq diskvalifikasiya edilib. Alabama Universiteti komandasının baş məşqçisi davaya səbəb olduğu üçün məhkəmə prosesinə qədər qeyri-müəyyən müddətədək saxlanılıb. Cənubi Texas Universiteti komandasının məşqçisinə bir oyunluq qadağa qoyulub. Hər iki ali təhsil müəssisəsi 5 min dollar cərimə olunub.

AZƏRTAC

Xəbər 868 dəfə oxundu.