Xatun Bağırova İranda şahmat festivalında liderliyini qoruyub
Fevralın 5-də İranın Çabahar şəhərində şahmat festivalının A (masters) və B (U 2000) turnirlərində dördüncü turun oyunları keçirilib. Festivalda Azərbaycan şahmatçıları İran təmsilçiləri ilə mübarizə aparıblar.

Festivalın A turnirində şahmatçılarımızdan Azər Mirzəyev Seyed Kian Purmosavi ilə heç-heçə edib, Habil Cavadov Abtin Ataxana məğlub olub. B turnirində Moharram Ahmadian ilə heç-heçəyə imza atan Xatun Bağırova isə liderliyini qoruyub (3,5 xal).

Komandamızın digər üzvləri A.Mirzeyev 2,5 xalla 8-ci, H.Cavadov isə 2 xalla 13-cü pillədədir.

Xəbər 705 dəfə oxundu.