Azərbaycanın yığmasının futbolçusu çıxış etdiyi Çexiya klubunda fərqlənib
Azərbaycanın 21 yaşlı futbolçulardan ibarət yığma komandasının futbolçusu Fərid Nəbiyevin çıxış etdiyi Çex Respublikasının "Viktoriya Jijkov" klubu "Beneşov"la hazırlıq görüşü keçirib.

Qarşılaşmada "Viktoriya Jijkov" 3:1 hesabı ilə rəqibinə qalib gəlib. Millinin üzvü ikinci hissədə meydana çıxaraq oyunda sonuncu qolun müəllifi olub. F.Nəbiyev 87-ci dəqiqədə fərqlənib.

Bu, Fəridin yanvarda heyətinə cəlb olunduğu Jijkov təmsilçisində dördüncü qoludur. Bundan əvvəl o, komandasının 7:1 hesabı ilə qalib gəldiyi yüksək liqa təmsilçisi "Budeyovitse" ilə yoldaşlıq matçında het-trik etmişdi.

Xəbər 671 dəfə oxundu.