AFFA-nın əməkdaşı “Braqa”–“Reyncers” oyununa təyinat alıb | |
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik növbəti təyinat alıb. Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, komitə sədri UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Braqa” (Portuqaliya) – “Reyncers” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq. “Braqa”–“Reyncers” oyunu fevralın 26-da “Estadio Municipal de Braqa”da keçiriləcək. |
|
Xəbər 687 dəfə oxundu. |
|
|