Bu gün şahmatçılarımız İranda keçirilən festivalın dördüncü turunda mübarizə aparacaqlar
Fevralın 5-də İranın Çabaxar şəhərində şahmat festivalının A (masters) və B (U 2000) turnirlərində dördüncü turun oyunları keçiriləcək.

Bu turda təmsilçilərimiz yerli idmançılarla mübarizə aparacaqlar. Festivalın A turnirində şahmatçılarımızdan Azər Mirzəyev Seyed Kian Purmosavi, Habil Cavadov Abtin Ataxan, B turnirində Xatun Bağırova isə Moharram Ahmadian ilə qarşılaşacaqlar.

Qeyd edək ki, şahmatçılarımızdan X.Bağırova ötən turlarda maksimum xal toplayaraq turnir cədvəlində liderliyə yüksəlib. A.Mirzoyev və H.Cavadov isə iki xalla 6-12-ci yerləri bölüşürlər. İsveçrə sistemi üzrə keçirilən yarış doqquz turdan ibarətdir.

Xəbər 658 dəfə oxundu.