İranda şahmat festivalının B turnirində təmsilçimiz liderliyə yüksəlib
İranın Çabaxar şəhərində keçirilən şahmat festivalının B (U 2000) turnirində təmsilçimiz uğurla çıxış edir.

Azərbaycan şahmatçısı Xatun Bağırova 3 turdan maksimum xal toplayaraq liderliyə yüksəlib. Festivalın A (masters) turnirində mübarizə aparan şahmatçılarımız Azər Mirzoyev və Habil Cavadov isə 2 xalla 6-12-ci yerləri bölüşürlər. İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.

Xəbər 673 dəfə oxundu.