Azərbaycan qılıncoynadanları Serbiyada dünya kubokunun mərhələ yarışında iştirak ediblər
Azərbaycanın gənc qılıncoynadanları Serbiyanın paytaxtı Belqradda keçirilən şpaqa üzrə dünya kubokunun mərhələ yarışında iştirak ediblər.

Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Ruslan Həsənov pley-offda Macarıstan təmsilçisi Gergeli Kovacsa 8:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində 3 qələbəsi olan Barat Quliyev isə macarıstanlı şpaqaçı Osman Tousona 8:15 hesabı ilə uduzub. Qrupu 3 qələbə il bitirən Fərrux Səfərov pley-off mərhələsinin ilk görüşündə sloveniyalı Dominik Steblaja 15:11 hesabı qalib gəlsə də, növbəti görüşündə ukraynalı Dmitro Mitrenkoya 7:15 hesabı ilə məğlub olub. Qrupu 2 qələbə ilə başa vuran Xalid Əliyev isə pley-offda fransalı Aleksis Messienə 9:15 hesabı ilə uduzub.
Şpaçılarımız komanda yarışında İsrailə 41:45 hesabı ilə məğlub olub.


Xəbər 894 dəfə oxundu.