Romada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib
Fevralın 10-16-da İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib.

Sərbəst güləşçilərin yarışında ölkəmizi Əfqan Xalaşov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Abubakr Abakarov (86 kq), Aslanbek Alborov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər.

Yunan-Roma güləşçilərinin mübarizəsinə isə Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq) qatılacaqlar.

Türkiyənin Ədirnə şəhərində hazırlığı davam etdirən qadın güləşi üzrə milli komandamızın heyəti yaxın günlərdə açıqlanacaq.

Xəbər 816 dəfə oxundu.