Avro-2012: Kim nə qazanacaq
UEFA 2012-ci il Avropa futbol çempionatının final mərhələsinin mükafat fondunun 196 milyon avro olacağını açıqlayıb. «idman.com.az» bildirir ki, Bu ötənilki turnirdən 12 milyon çoxdur. Final mərhələsinə vəsiqə qazanmış hər komandaya 8 milyon veriləcək. Hələ əlavə bonusların ödənilməsi də mümkündür. Hər oyunun qalibinə 1 milyon, heç-heçə edənə 500 min çatacaq.

1/4 finala çıxanın mükafatı 2 milyondur. Qrupda 3-cü yer tutanların qazancı 1 milyon olacaq. Yarımfinala vəsiqənin qiyməti 3 milyondur. Finalçıya 4,5 milyon pay düşür. Çempionluq 7,5 milyon dəyərindədir.
Avropa çempionatı iyunun 8-də başlayır. Mübarizə 24 gün davam edəcək və iyulun 1-də final oyunu ilə yekunlaşacaq.

Xəbər 910 dəfə oxundu.