Gənc boksçular arasında Azərbaycan birinciliyi start götürüb
Fevralın 3-də Boks Mərkəzində gənc dəri əlcək ustaları arasında Azərbaycan birinciliyi start götürüb.

Çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 48 komanda mübarizə aparır. Birincilikdə 10 çəki dərəcəsi üzrə 147 boksçu gücünü sınayır. Altı gün davam edəcək çempionatın final döyüşləri fevralın 8-də baş tutacaq.

Xəbər 891 dəfə oxundu.