Avro-2012: Yarışa nə aparmaq olmaz
2012-ci il Avropa futbol çempionatının final mərhələsinin təşkilat komitəsinin qərarına görə, oyunları tribunalardan izləmək istəyənlər stadiona peşəkar video-foto aparatları, pirotexnika, lazer göstəriciləri, iri çantalar və nəhəng transparantlar keçirə bilməyəcəklər. «idman.com.az» Ukrayna mətbuatına istinadən bildirir ki, bu sıraya, odlu və soyuq silahlar, alovlanan aerozollar, toksiki maddələr də daxildir. Digər vasitələrdən, çətiri, şüşə qab və başqa metal, platsik taraları, alkoholu, stimlyatorları, narkotik və psixotorop maddələri də arenaya aparmaq olmayacaq.

Azarkeş vasitələrindən uzunluğu 1 m və dimaetri 1 sm-dən artıq olan bayraq ağaclarını da daşımağa icazə yoxdur. Bayraların və bannerlərin ölçüləri isə 2x1,5 m-dən artıq olmamalıdır. Tribunalarda oturacaqların altına ölçüsü 25x25x25 sm-dən artıq olmayan çanta və digər əşya qoymaq olmaz. Bu siyahıya səsucaldanlar, mexaniki və elektron akustika aparatları, klakson, vuvuzela, rklam və kommersiya məhsulu, rulonlarla kağız da daxildir. Siqaret çəkmək olmaz, lakin adi siqaret alışqanlarını cibdə daşımaq olar. Siyahı hələ tam deyil, təhlükəsizlik orqanları yerində şübhə doğuran maddəni də stadiona keçirməyə qoymamaq səlahiyyətinə malikdir.

Yarış iyunun 8-də Polşa – Yunanıstan dueli ilə 14-cü Avropa çempionatı başlayır. Ukrayna və Polşa meydanlarında qitənin ən güclüsü adı uğrunda mübarizə 24 gün davam edəcək və iyulun 1-də final oyunu ilə yekunlaşacaq.

Xəbər 1073 dəfə oxundu.