FHN-nin “Xilasedici” voleybol komandası Yüksək Liqada növbəti qələbəsini qazanıb
“Sərhədçi” Olimpiya İdman Kompleksinin arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda “Xilasedici” və “Express” komandaları üz-üzə gəliblər.

Nazirliyin kişilərdən ibarət “Xilasedici” voleybol komandası əzmkar mübarizə apararaq “Express” klubunu 3:0 (25:15, 25:8, 25:20) hesabı ilə məğlub edib. “Xilasedici”lər növbəti 3 xal qazanaraq liqada ümumilikdə xal hesabını 6-ya çatdırmağı bacarıblar.
Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları fevralın 8-də keçiriləcək. FHN-nin “Xilasedici” komandası “Sərhədçi” komandası ilə üz-üzə gələcək. Qarşılaşma FHN-nin İdman-Sağlamlıq Mərkəzinin arenasında keçiriləcək.

Xəbər 835 dəfə oxundu.