Bakıda Aleksandr Antipovun xatirəsinə həsr olunan XII beynəlxalq memoriala yekun vurulub
Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş tullanmalar üzrə XII beynəlxalq memoriala yekun vurulub.

Respublika Olimpiya Mərkəzində keçirilən turnirin ikinci günündə idmançılar yakut tullanmaları növündə mübarizə aparıblar. Yakut tullanmalarının “kıllı”, “istanqa”, “kuobax” növlərində yakutiyalı atletlər Angelina İvanova 16 yaşadək, Valeriya Olesova isə 18 yaşadək qızlar arasında birinci yeri tutublar.

On altı yaşadək oğlanlar arasında “kıllı”, “istanqa”, “kuobax” növlərində yarışlarda yakutiyalı Danil Androsov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. On səkkiz yaşadək atletlər arasında “istanqa” növündə Cabir Əliyev, “kıllı” və “kuobax” növlərində Sergey Litkin qızıl medal qazanıblar. İyirmi yaşadək atletlər arasında isə “kıllı”, “istanqa” növlərində Rüstəm Məmmədov, “kuobax” növündə isə yakutiyalı Niurqun Sokolnikov birinci olublar.

Qeyd edək ki, çempionatda Azərbaycan və Rusiya idmançılar iştirak ediblər.

AZƏRTAC

Xəbər 996 dəfə oxundu.