Cüdo üzrə açıq Avropa kuboku başa çatıb
Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycan cüdoçularının da qatıldıqları açıq Avropa kuboku başa çatıb.

14 cüdoçu ilə turnirdə çıxış edən komandamız yarışı bir medalla başa vurub. Cüdoçumuz Oruc Vəlizadə (60 kiloqram) gümüş medal qazanıb. Komandamız bu nəticə ilə 8-ci olub. Birinci yeri 12 medalla Rusiya komandası tutub. Turnirdə 33 ölkədən 250-dən çox cüdoçu mübarizə aparıb.

Xəbər 832 dəfə oxundu.