Bərdə Olimpiya İdman Mərkəzində budo üzrə açıq rayon birinciliyində 300 idmançı iştirak edir
Fevralın 2-də Bərdə Olimpiya İdman Mərkəzində “Gənclər günü”nə həsr olunmuş yeniyetmələr və gənclər arasında budo döyüş növü üzrə açıq rayon birinciliyinə start verilib.

Bərdə Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışa 300-ə yaxın idmançı qatılıb.

Yarış semi-kontakt, ful-kontakt və fri-kontakt qaydaları üzrə keçirilir.

Çempionatın qalibləri fevralda keçiriləcək budo üzrə Azərbaycan çempionatında iştirak hüququ qazanacaqlar.

Xəbər 849 dəfə oxundu.