Lissabonda keçirilən açıq turnirdə şahmatçımız uğurla çıxış edib
Portuqaliyanın paytaxtı Lissabonda keçirilən açıq şahmat turniri başa çatıb.

Turnirin klassik yarışlarında mübarizə aparan Azərbaycan şahmatçılarından Vüqar Əsədli 9 turdan 7 xal toplayıb. Bu nəticə ilə liderdən cəmi 0,5 xal geri qalan V.Əsədli 2-9-cu yerləri bölüşüb. Komandamızın digər üzvlərindən Zaur Bayramov 6 xalla 23-cü, Nail Bəşirli 5,5 xalla 40-cı yerləri tutublar.

İsveçrə sistemi üzrə keçirilən yarışda 227 şahmatçı mübarizə aparıb.

Xəbər 669 dəfə oxundu.